Modern.az

Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

13 Fevral 2025, 13:14

2025-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27.380,2 milyon manat olub. Bu 2024-cü il üzrə 126.337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.

Modern.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, ümumi dövlət borcunun 8.720,5 milyon manatı (5.129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18.659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI