Modern.az

bp-də çalışan azərbaycanlıların sayı artıb

bp-də çalışan azərbaycanlıların sayı artıb

İqtisadiyyat

13 Fevral 2025, 14:28

Ötən ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2,55 faiz və ya 60 nəfər artaraq 2413 nəfər olub.

Modern.az bp-nin 2024-cü ilin yekun hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI