Modern.az

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

Aktual

13 Fevral 2025, 17:06

Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 1000kv.m. olan, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, həmçinin qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın ikinci mərtəbəsində yerləşən sahəsi 56kv.m. olan 3 otaqlı mənzilin mətbəxi 12kv.m. və dam örtüyünün yanar konstrukiyaları 50kv.m. sahədə yanıb.

Mənzilin və dam örtüyünün qalan hissəsi, qonşu mənzillər yanğından mühafizə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...