Modern.az

Deputatlar Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət etdilər

Deputatlar Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət etdilər

Parlament

13 Fevral 2025, 17:30

Azərbaycan - Gürcüstan parlamentlərarası əlaqələr qrupunun üzvləri-Arzu Nağıyev, Musa Quliyev və Azər Əmraslanov Gürcüstanda səfərdədirlər.

Modern.az-ın məlumatına görə, deputatlar Gürcüstan parlamentinin dəvəti ilə bu ölkəyə səfər ediblər.

Səfər çərçivəsində deputatlar  Tbilisidə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qeyd edək ki, Milli Məclisin komitə sədrləri bu ölkənin ali qanunvericilik orqanında olacaq, Gürcüstan parlamentinin rəhbərliyi və komitə sədrləri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

Səfər bu gün başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər