Modern.az

908 milyon manatdan artıq ziyan...

908 milyon manatdan artıq ziyan...

Aktual

13 Fevral 2025, 20:53

Müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib.

 

"Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib", - iclasda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...