Modern.az

Paşinyan Münhenə getdi

Paşinyan Münhenə getdi

13 Fevral 2025, 21:57

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 13-16-da Almaniyanın Münhen şəhərində işgüzar səfərdə olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, o, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.

 

Konfrans çərçivəsində Nikol Paşinyanın xarici həmkarları ilə bir sıra görüşlər keçirəcəyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək