Modern.az

Eldar İbrahimov Səməd Seyidova məktub yazıb

Eldar İbrahimov Səməd Seyidova məktub yazıb

Parlament

21 Yanvar 2014, 08:55

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovun 50 yaşı tamam olub.

  Bu münasibətlə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deputat həmkarına təbrik məktubu yazıb.   Modern.az həmin məktubu olduğu kimi təqdim edir.  

Dəyərli Səməd müəllim!

Mən sizi uzun illərdir ki, tanıyıram. 50 yaşınızda olduğunuzu da bilirəm. Amma inanın ki, tanıyanlardan kimsə sizə 50 yaş vermir.   Bəlkə də bu sizin keçdiyiniz ömür yolu, gərgin fəaliyyətinizlə bağlıdır. Fəaliyyətinizi izləyənlərini bir qismi sizə daha çox yaş verirlər. Bu yaşda ağsaqqallıq pilləsində özünüzə yer ala bilmisinizsə, belə düşüncədə olanları qınamayın.   50 yaşa qədər bu qədər işlərin öhdəsindən gəlmək böyük əmək, gecəli-gündüzlü işləmək tələb edir.  

Mən isə sizi yaxından tanıyıram. İşgüzarlığınıza, çevikliyinizə bələdəm. Ona görə də bəzən elə hesab edirəm ki, sizin 50 yaşınızın tamam olmasına hələ çox var. Çünki gerçəkdən 50 yaşınız olsa da, işə həvəsiniz, hadisələrə anında reaksiyanız sizin çox gənc olduğunuz təəssüratını yaradır.  

Siz dövlətimizə, millətimizə, Prezidentimizə bağlı və sədaqətli insansınız. Bunu əməlinizlə dəfələrlə sübüt etmisiniz. Uzun illərdir ki, Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinə rəhbərlik edirsiniz. Bəzən kənrdan baxanda bu, asan bir iş kimi görünə bilər. Ancaq mən ölkəmizi ATƏT PA-da təmsil edən nümayəndə heyətinin üzvü kimi bu işin nə qədər çətin və məsuliyyətli olduğunu bilirəm.

Həm də 14 ildir Azərbaycan Dillər Universitetinə rəhbərlik edirsiniz. Siz Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rektoru təyin olunmusunuz.  Bu, 14 il öncə Ulu öndərin 36 yaşlı gənc çox böyük etimadı idi. Bu, hər bir gəncə nəsib olmur. Sizə nəsib olan bu etibarı, bu etimadı, Ulu öndərimizin Sizə olan inamını doğrultdunuz.

Siz sözün həqiqi mənasında böyük alim və böyük siyasətçisiniz. Böyük natiqlik xüsusiyyətiniz, istənilən auditoriyanı ələ almaq bacarığınız hamı tərəfindən yüksək qiymətləndirilir.  Sən həm də böyük bir nəslin davamçısısan. Şəxsi keyfiyyətlərinlə örnək olacaq qədər bacarıqlı, böyük ürək sahibisən. Gözəl ailə başçısısan.  

Əziz dostum!

Əminəm ki, bundan sonar da tutduğunuz yolu daha əzmlə, daha bacarıqla davam etdirəcəksiniz. Sizin yubiley yaşınızı ürəkdən təbrik edirəm. Gələcək fəaliyyətinizdə Sizə uğurlar diləyirəm”.  

Dərin hörmətlə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...