Modern.az

Prezidentdən 10 yaş kiçik birinci xanım - seriallar ulduzu… - MARAQLI

Prezidentdən 10 yaş kiçik birinci xanım - seriallar ulduzu… - MARAQLI

21 Yanvar 2014, 10:24

Prezident zarafatla deyir: “Həyat yoldaşım ölkədə və xaricdə məndən daha çox tanınır”

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Meksikanın birinci xanımından bəhs edirik.
Enrike Penya Neto 2012-ci il dekabrın 1-dən Meksikanın prezidenti vəzifəsinin icrasına başlayıb. Meksika seriallarının ulduzu Anxelika Rivera isə bu Latın Amerikası ölkəsinin birinci ledisidir. O, dövlət başçısının birinci həyat yoldaşı deyil. Enrika Penya Netonun birinci arvadı 2007-ci ildə ərinin himayəsinə 3 azyaşlı uşaq qoyaraq, epilepsiya xəstəliyindən dünyasını dəyişib. Həmin vaxt Mexiko ştatının qubernatoru olan indiki prezident 2010-cu ildə özündən 10 yaş kiçik olan Meksika seriallarının ulduzu Anxelike Rivere ilə evlənib. Artıq onların ailəsində 6 uşaq var. Yeri gəlmişkən, Rivera qubernatorla tanış olandan sonra özünü ailə həyatına həsr etdiyindən seriallara çəkilməkdən imtina edib. Prezident seçkiləri kampaniyası zamanı ərini təbliğat xarakterli səfərlərdə müşayiət edib. Seçki ərəfəsi Penya Neto özü zarafatla deyib ki, onun həyat yoldaşı ölkədə və xaricdə ondan fərqli olaraq daha çox tanınır və daha populyardır.

“Sadəcə Mariya”dan tanıdığız birinci ledi

Anxelika Rivera 1970-ci il avqustun 12-də Mexikoda anadan olub. O, 1987-ci ildən başlayaraq Meksikanın “Televisa” televiziya şirkətinin seriallarında baş rollara çəkilməsi hesabına tanınıb. O, bir vaxtlar Azərbaycanda da populyar olan “Sadəcə Mariya” serialında İzabella Penalbert rolunu oynayıb. İndiki birinci ledinin çəkildiyi seriallar arasında  “Evdar qadın”, “Təmiz sevgi” və başqa seriallarda da var. Onun aktrisalıq karyerası 17 yaşı olarkən başlayıb, o vaxt yerli müsabiqənin qalibi olub. Sonra reklam roliklərində model kimi (o cümlədən Yaponiyada) çəkilib. Uzun müddət prodüseer Xose Alberto Kastro ilə - tanınmış Meksika aktrisası Veronika Kastronun qardaşı- vətəndaş nikahında yaşayıb. Nikah 2004-cü il dekabrın 11-də pozulub. Bu ittifaqdan 3 qızı – Sofiya (1996-cı il oktyabrın 30-da doğulub), Fernanda (1999-cu il noyabrın 11-də anadan olub), Rexina (2005-ci ildə dünyaya gəlib) var.

Anxelika “Xəyalpərəst”ə çəkiləndə birinci ledi olacağını xəyalına belə gətirməzdi

Anxelika Rivera ondan başqa valideynlərinin daha 6 uşağı olan ailədə doğulub. O günlərin birində görüb ki, Veronika Kastro küçədə video çəkir, qərara gəlir ki, ora gedib çəkilişlə maraqlansın. Riveranın çəkilişi diqqətlə izləməsi aktrisalardan birini təəccübləndirdiyindən ona yaxınlaşıb məsləhət görür ki, “El Rosto del Heraldo” müsabiqəsində iştirak etsin. Anxelika 1987-ci ildə məhz həmin müsabiqənin qalibi olur. 17 yaşında Luis Migelin “İndi sən gedə bilərsən” videosunda model kimi çəkilir. O, ABŞ və Yaponiya üçün nəzərdə tutulan daha iki kommersiya layihəsində də iştirak edir, sonra TNT video-proqramına düşür, burada Martoy Aquayo ilə birgə veriliş aparır. 1989-cu ildə onun karyerasında birdən dəyişiklik baş verir, belə ki, “Dulce Desafio” telenovellasında o qədər də böyük olmayan rolda çəkilmək imkanı olur. Bundan sonra telenovellalar bir-birini əvəz edir: “Sadəcə Mariya”, “Mənim kiçik Soledadım”, “Xəyalpərəst” - bütün bunlarda öz bacarığını məharətlə nümayiş etdirib.

Serialdakı kəndçi qız indi prezident arvadıdır

1991-ci ildə onu gənclərdən bəhs edən “Əlçatmaz 2-ci ulduz” telenovellasına çəkilməyə dəvət olunur. Həmin serialdakı kəndçi qız rolunu oynayan Anxelikanın tərəf müqabilləri maq üçün Riki Martin, Pedro Fernandes, Saşa və Erik Rubin kimi ulduzlar olurlar. Qeyd etmək lazımdır ki, bu, ötən əsrin  90-cı illərinin ən uğurlu telenovellası idi. 1993-cü ildə Anxelika “Sevgi yuxusu” teleserialında Omar Fyerro, Sintiey Klitbo və Serxio Basanesomla birgə baş rolda çəkilmək imkanı əldə edir. Amma yalnız 1995-ci ildə Anxelika “Sahibə” telenovellasında mərhəmətli qızı - güclü xarakterli bu rolu oynamağa nail olur və ən yüksək reytinq əldə edir. Sonra talantlı aktrisa prodüsser Xose Alberto Kastro ilə böyük sevgisinin məhsulu olan qızı Anxelika Sofiya dünyaya gəldiyinə görə 2 il müddətinə teleekranları tərk edir.  Qeyd edək ki, Anxelika Rivera 2004-cü il dekabrın 11-də 14 illik romantik münasibətdən sonra Xose Alberto Kastronun həyat yoldaşı olmuşdu. 1997-ci ildə “Qasırğa” telerserialı ilə geri qayıdır, halbuki həmin novella arzuolunan nəticəni vermir. 2000-ci ildə isə Serxio Qoyri, Karlos Ponse və İtati Kantoral ilə birgə “Günahsız” serialında baş rolda oynayır. 2003-cü ildə “Mariana və gecə” serialında kəndçi qızı rolunu oynayır.

Seriallar ulduzunun ərinin qələbəsində böyük rolu olub

Onun aktrisa kimi imici 2012-ci il prezident seçkiləri kampaniyasında indiki ərinin uğurlu təbliğatı üçün həlledici təsir göstərir. Politoloqların çoxu təsdiq edir ki, Enrike Penya Nyeto Anxelika Riverasız müxalifətdən olan namizəd kimi Meksikanın prezidenti ola bilməzdi: “Əlbəttə, bu,  böyük dəctək idi, bütün bu aylar ərzində o yanımda olmasaydı, mənim üçün çox çətin olacaqdı”, - Meksika prezidenti deyir. Nyeto onu da etiraf edir ki, Meksika seriallarının ulduzunun yanında olması ona bütün seçki kampaniyası dövründə ruh yüksəkliyi verib: “Mən ona pərəstiş edirəm”.

Prezident: “Dul qalan siyasətçi üçün Rivera ilə görüş həqiqi hədiyyə idi”

2008-ci ildə Anxelika ilə tanış olan indiki prezident Meksikanın turistlər üçün cəlbediciliyini artırmaq məqsədilə ona hökumətə  yaxın şirkətin aparıcı siması olmağa dəvət edir. Gələcək birinci ledi beləcə qubernatorla tanış olur. Tezliklə onlar görüşməyə başlayırlar. Həmin vaxta qədər bir il dul qalan siyasətçi üçün Rivera ilə görüşmək həqiqi hədiyyə idi: “Onu görən kimi düşündüm, necə də gözəldir. Sonradan ünsiyyətdə olarkən, onun insani keyfiyyətlərini öyrəndim və o qadın kimi məni heyran etdi”.

Onlar 2010-cu il noyabrın 27-də onlar Toluca kilsəsində evləniblər, həmin vaxta qədər isə Anxelika birinci ərindən boşanmağa vaxt tapıb. İndi onlar ideal ailəyə oxşayırlar. Anxelika teleseriallarda dəfələrlə ərə gedib. Real həyatda isə bu, onun ikinci evliliyidir. O, teleseriallardakı rollarının hesabına onsuz da ulduza çevrilmişdi. İndiki prezidentə ərə getməklə isə, necə deyərlər, onun ulduzu bir daha parlayıb. Çünki Rivera artıq ölkənin birinci xanımıdır. Bu isə hər qadına nəsib olmur.












Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI