Ağdam rayonunda mina hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
11:28
Ağdamın Baş Qərvənd kəndində mina partlayıb.
Modern.az xəbər verir ki, yük maşını minaya düşüb.
Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.