Modern.az

Mehman Əliyev: “Milli Şura yaranandan tərəddüdlərim var”

Mehman Əliyev: “Milli Şura yaranandan tərəddüdlərim var”

21 Yanvar 2014, 11:33

“Bütün qurumlarda ittihamlar olur. Yalnız bir qurumda ittihamlar səsləndirilmir, o da Yeni Azərbaycan Partiyasıdır (YAP). Fərqi fikirli, mövqeli insanlar bir araya gəlirsə, ittihamların irəli sürülməsi qaçılmazdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib. O, Milli Şurada baş verənlərdən təəssüfləndiyini qeyd edib: “Bizdə bir zamanlar parlament şərti olaraq, azad seçilirdi. Yəni, orada müxtəlif siyasi partiyalara da yer verilirdi. Ona görə də orada qarşılıqlı ittihamlar olurdu. Hətta bu, təhqir həddinə də çatırdı. Düzdür, buna tam plüralizm demək olmaz, amma bilinirdi ki, burada fərqli-fərqli insanlar var. Hazırki parlamentdə bu, yoxdur. İndi hər şey bir yerdən idarə olunduğundan qayda-qanuna riayət edirlər. Milli Şura heç parlament də deyil. Təəssüflər olsun ki, bu tipli hadisələr baş verir”.

M.Əliyev Milli Şura ilə bağlı tərəddüdlərinin olduğunu bildirib: “Milli Şura yaranan gündən tərəddüdlərim var. Qurumun prezident seçkisində iştirak etməsi müsbət hal idi. Milli Şurada qarşılıqlı ittihamlar və orada təmsil olunan bəzi nümayəndələrin qeyri-konstruktiv mövqeyi əsas problemdir. Onların bəziləri kənarlaşıb. Zaman hər şeyi göstərəcək. Baş verənlər gözlənilən və qaçılmazdır”.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB