Modern.az xəbər verir ki, AGBank, pərakəndə satışlar üzrə yeni istiqaməti fəal tətbiq edərək, daha bir filialını açdı. 11 yanvar 2014-cü il tarixində, əsas fəaliyyəti pərakəndə müştərilərə - fiziki şəxslərə xidmətlər göstərməkdən ibarət olan Elmlər filialının təntənəli açılış mərasimi keçirilib.
Sözü gedən filialda müştərilərə həm kredit həm də qeyri kredit bank xidmətləri təklif olunur, həmçinin təcili pul köçürmələri, hesablaşma-kassa xidməti və digər xidmətlər göstəriləcəkdir.
Müştərilər tərəfindən kredit məhsullarına ehtiyac olduğu halda, istehlak kreditlərini sadələşdirilmiş şərtlərlə 30 dəqiqə ərzində əldə edə bilərlər.