"Associated Press" (AP) jurnalistlərinin Ağ Evin bəzi ərazilərinə girişi məhdudlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Taylor Budoviç məlumat verib.
Buna səbəb AP-nin Donald Trampın göstərişlərinə uyğun olaraq “Meksika körfəzi” əvəzinə “Amerika körfəzi” ifadəsindən istifadə etmək istəməməsi olub.
O qeyd edib ki, AP ad dəyişikliyinə məhəl qoymamağa davam edib. Budoviç bildirib ki, məhdudiyyətlər yalnız Ağ Evin müəyyən ərazilərinə aiddir və jurnalistlərin binanın digər hissələrinə girişi dəyişməz olaraq qalır.