Modern.az

Ölkə ərazisində temperatur aşağı düşəcək

Ölkə ərazisində temperatur aşağı düşəcək

21 Yanvar 2014, 12:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə çiskinli az yağıntı olacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-10 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində yanvarın 22-də əsasən şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, gecə dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB