Modern.az

Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi - YENİLƏNİB

Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi - YENİLƏNİB

15 Fevral 2025, 15:23

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

14:36

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli bina yanır.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı