Modern.az

Gürcüstanın azərbaycanlı deputatı: “Bizimlə heç kim maraqlanmır”

Gürcüstanın azərbaycanlı deputatı: “Bizimlə heç kim maraqlanmır”

21 Yanvar 2014, 12:44

“Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmaq, məşğul olmaq istəyən siyasi qüvvə yoxdur”.
Bunu Modern.az saytına Gürcüstan parlamentinin Marneulidən majoritar qaydada seçilən deputatı Azər Süleymanov deyib. O, yeni hakimiyyətin azərbaycanlıların sosial, məişət problemləri ilə bağlı hər hansı addım atmadığını bildirib. A. Süleymanovun sözlərinə görə hələ ki, soydaşlarımızın problemlərinin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur.

“Azərbaycanlılara qarşı hər hansı ayrı-seçkilik yoxdur. Amma onların problemlərinin çözümü istiqamətində də iş aparılmır. Heç bir yenilik yoxdur. Soydaşlarımız yenə də işsizlikdən əziyyət çəkir”-deyə A. Süleymanov söyləyib.

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB