Hollandiya Krallığında siyasi mühacirətdə olan Müsavat Partiyasının fəalı Eldəniz Yusibovun oğlu İsa Yusibov Niderlandın Azərbaycan səfirliyində vəzifəyə təyin olunub. Modern.az saytı bildirir ki, bu barədə İ. Yusibov özünün sosial şəbəkədəki səhifəsində yazıb.
“Müqaviləni imzaladıq. Önümüzdəki aydan etibarən Hollandiya Krallığının Azərbaycandakı səfirliyində fəaliyyət göstərəcəyəm. Bəxtimizə başqa ölkənin öz ölkəmizdə diplomatı olmaq da düşdü”-deyə İ.Yusibov qeyd edib.
1992-93-cü illərdə Qəbələ rayon icra hakimiyyətinin başçısı olmuş Eldəniz Yusibov 2003-cü ildə keçirilmiş prezident seçkiləridən sonra Hollandiyaya mühacirət edib. Oğlu İsa Yusibov Hollandiyada ali diplomatik təhsil alıb.
İsa Yusibov kiçik yaşlarından bu ölkədə təhsil alıb, bir neçə xarici dili mükəmməl öyrənib. O, Amsterdam Universitetində siyasi elmlər (beynəlxalq əlaqələr) fakultəsini bitirib.
Modern.az