Modern.az

ABŞ İsrailə ağır bombalar VERDİ

ABŞ İsrailə ağır bombalar VERDİ

Dünya

16 Fevral 2025, 16:07

Co Bayden administrasiyasının İsrailə tədarükünə qadağa qoyduğu ağır MK-84 bombaları daşıyan ilk gəmi də gecə saatlarında Aşdod limanına gəlib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

 

Gəmidən boşaldılan 1800 bomba yük maşınları ilə İsrail aviabazasına daşınıb.

 

Müdafiə naziri Israel Katz bunun İsrail və ABŞ arasında güclü müttəfiqliyin növbəti sübutu kimi dəyərləndirib və bu qərara görə Donald Tramp administrasiyasına təşəkkür edib.

 

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da Yaxın Şərq turnesi çərçivəsində bu gecə Təl-Əvivə səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış