Modern.az

ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər

ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər

Dünya

16 Fevral 2025, 17:04

ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri İsveçin müdafiə naziri Pol Conson bildirib.

 

"ABŞ hazırda Avropadakı hərbi mövcudluğunu nəzərdən keçirir və sonra onu azalda bilər. Avropa öz təhlükəsizliyi üçün daha böyük məsuliyyəti öz üzərinə götürəcəyi vaxta hazırlaşmalıdır", - nazir deyib.

 

Qeyd edək ki, ABŞ-nin Avropa ərazisində 100 minə yaxın hərbçisi var. Pentaqon rəhbəri Pit Heqset bu həftə Avropadan öz müdafiəsi üçün məsuliyyət daşımasını tələb edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış