Modern.az

Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağıq - Netanyahu

Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağıq - Netanyahu

Dünya

16 Fevral 2025, 17:22

Prezident Donald Tramp İsrailin Ağ Evdə indiyə qədərki ən yaxşı dostudur.

 

Modern.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında İsrail Baş naziri Binyamin Netanyahu bildirib.

 

Binyamin Netanyahu Marko Rubio ilə bir sıra məsələlərlə bağlı məhsuldar müzakirə apardıqlarını söyləyib: “İsrail və ABŞ İran təhlükəsinə qarşı çiyin-çiyinə dayanır. Biz hesab edirik ki, İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Biz Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.

 

Marko Rubio da İranın regionda ən böyük qeyri-stabillik mənbəyi olduğunu, zorakılıq aktlarının arxasında durduğunu vurğulayıb: “Bu məsələni həll etmək lazımdır. Nüvə silahına malik İran heç vaxt peyda olmayacaq. Donald Tramp da bu məsələ ilə bağlı mövqeyini dəqiq ifadə edib. Əgər Yaxın Şərqdə daha çox israilli olsaydı, bölgə daha təhlükəsiz olardı”.

 

Qeyd edək ki, Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində ilk dəfə İsrailə səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi