Modern.az

Qayınata gəlinə qumbara ATDI

Qayınata gəlinə qumbara ATDI

16 Fevral 2025, 17:49

Goranboyda qumbara partlayıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

 

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

 

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı