Modern.az

“Yeni Media Jurnalistləri" ANS-i saytlarla bağlı qərara yenidən baxmağa çağırır

“Yeni Media Jurnalistləri" ANS-i saytlarla  bağlı qərara yenidən baxmağa çağırır

21 Yanvar 2014, 14:02

"Yeni Media Jurnalistləri" İctimai Birliyi ANS telekampaniyasını  intetnet saytları məhkəməyə verməklə bağlı qərarına yenidən baxmağa çağırır.  Bu barədə təşkilatın sədri Xaqani Səfəroğlu bildirib. Təşkilat hesab edir ki, ölkədə onlayn KİV-lərin təşəkkülü media müstəvisində böyük canlanma yaradıb. İnternet KİV-lərin informasiya  yayımında əhəmiyyətli mövqeyə çıxması cəmiyyətin xəbər təminatında yeni bir imkanlar yaradıb. Odur ki, bu müstəvidə bəzi peşəkarlıq problemlərinin yaranacağı da istisna olunmur.

  Digər tərəfdən, ”internet dalğa” özü ilə yeni media sahəsində bir sıra hüquqi boşluqları da üzə çıxarıb. Belə ki, "KİV haqqında Qanun”a görə internet saytların istehsal etdikləri xəbərlər, məlumatlar  "KİV məhsulu" hesab edilmir. Eyni zamanda onlyan mediada aqreqator saytlar, internet qəzetlər və sosial media anlayışı tam ayırd edilmədiyindən belə bir qərar onlayn KİV-lərə, yeni mediaya qarşı müxtəlif iddiaların qaldırılması üçün əsas verə bilər. YMJ onlayn media ilə bağlı qanunvericilikdə boşluqların aradan qaldırılmasını vacib sayır  və problemi qarşılıqlı razılıq  əsasında çözülməsini təklif edir.

 

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB