Azərbaycanda 3 nəfər dəm qazından boğulub. DİN mətbuat xidmətinin məlumatına görə, yanvarın 19-da Binəqədi rayon sakini Cəfər İsmayılov, yanvarın 20-də Gəncə şəhər sakini Rasim Hüseynzadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər. Yyanvarın 19-da Bakı şəhər sakini Ayaz Nəcəfov kimyəvi məhluldan (rastvoritel) zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 20-də orada ölüb.