Modern.az

TƏBİB-dən qadının qeysəriyyə əməliyyatından sonra ölməsinə REAKSİYA

TƏBİB-dən qadının qeysəriyyə əməliyyatından sonra ölməsinə REAKSİYA

Aktual

17 Fevral 2025, 12:36

Dekabrın 14-də 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib, ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.

Bu barədə Modern.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bir gün sonra - dekabrın 15-i günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan bir gün sonra N. Qarayeva Perinatal Mərkəzdə həyatını itirib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal