Modern.az

Rafiq Manaflı: “El” Hərəkatı ilə heç vaxt isti münasibətlərim olmayıb”

Rafiq Manaflı: “El” Hərəkatı ilə heç vaxt isti münasibətlərim olmayıb”

21 Yanvar 2014, 15:00


“Müxtəlif insanların toplaşdığı yerdə fikir ayrılıqlarının olması təbiidir. Hamı Milli Şuranı qoruyub, saxlamağı düşünür”.

  Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O qeyd edib ki, hansısa qurumda süni yaradılan səmimiyyət gec-tez partlaya bilər: “Ən yaxşısı bu cür diskussiyaların olmasıdır. Əlində faktların varsa, fikrini irəli sür. Bu, mübahisəyə də səbəb ola bilər. Əsas hamının Milli Şuranın qorunmasının tərəfdarı olmasıdır. Biz qurumun perspektivini görürük”.  

R.Manaflı “El” Hərəkatının Milli Şuranın Koordinasiya Şurasının formalaşdırılmasında VHP funksionerinin adının salınmasını narazılıqla qarşılaması ilə bağlı mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “Mənimlə “El” Hərəkatı arasında heç vaxt isti münasibətlər olmayıb. Sadəcə, aramızda normal münasibətlər olub. Koordinasiya Şurasında təmsil olunmağıma narazılıq etmələrinə gəldikdə,  bu, onların problemidir. Əvvəlcədən namizədliyimi irəli sürmüşdüm və müzakirələrdə iştirak etmişəm. Koordinasiya Şurasına da səsvermədə əleyhimə səs verən olmayıb. Onlar nə fikirləşdikləri məni maraqlandırmır. Quruma kənardan baxanlar hamının fəaliyyətini daha yaxşı görürlər”.

 

 

  İlkin

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB