Modern.az

Sərdar Cəlaloğlu: “Avropa Şurası nümayəndələri ilə görüş mənasızdır”

Sərdar Cəlaloğlu: “Avropa Şurası nümayəndələri ilə görüş mənasızdır”

21 Yanvar 2014, 15:09

“Görüş bitdi, belə qənaətə gəldik ki, Avropa Şurası ilə keçirilən görüşlərin heç bir mənası yoxdur. Görüş taktiki xarakter daşıyır. Onsuz da onlar beyinlərində nə tutublarsa, onu da deyirlər. Belədirsə, biz onlarla niyə görüşməliyik ki?!”.
Bunu Modern.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifət nümayəndələrinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone görüşündən danışarkən deyib.

S. Cəlaloğlu qeyd edib ki, Avropa Şurasında Rusiya və Belarus kimi ölkələr çoxluq təşkil etdiyinə görə Şura öz dəyərini müdafiə edə bilmir: “İzah edirlər ki, Avropa Şurasının ümumi qərarları var. Elə Avropa Birliyi ilə Avropa Şurası arasındakı fərq də bundan qaynaqlanır. Avropa Birliyində bu ölkələr yoxdur deyə, onların qərarlarına təsir edə bilməzlər. Həmin ölkələr Avropa Birliyinə qoşulsalar, o qurumda Avropa Şurası kimi olacaq”.

Qeyd edək ki, bu gün Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrex müxalifət təmsilçiləri ilə görüşüblər. Görüşdə AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyası təşkilat komitəsinin (keçmiş ACP) sədri Sülhəddin Əkbər, ADP sədri Sərdar Cəlaloğlu və “REAl” hərəkatının icraçı katibi Natiq Cəfərli iştirak ediblər. Müsavat Partiyası isə görüşdən imtina edib.

 

İlkin PİRƏLİ 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB