Modern.az

Müsadirə olunmuş narkotik vasitələr məhv edildi

Müsadirə olunmuş narkotik vasitələr məhv edildi

Aktual

17 Fevral 2025, 15:14

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Qaradağ rayon komissiyası tərəfindən ümumilikdə 69 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

Bu barədə Modern.az-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal