Modern.az

Ermənistan millisinə yeni baş məşqçi təyin edildi

Ermənistan millisinə yeni baş məşqçi təyin edildi

17 Fevral 2025, 17:00

Futbol üzrə Ermənistan milli komandasına yeni baş məşqçi gətirilib.

Modern.az xəbər verir ki, Niderlandın "Ayaks" və Yunanıstan millisinin keçmiş baş məşqçisi Con Van't Şip bundan sonra Ermənistan komandasını çalışdıracaq.

Con Van't Şip 1 mart 2025-ci il tarixindən Ermənistanda vəzifəsinin icrasına başlayacaq. "Onunla müqavilə 1+1 formatında tərtib olunub (yəni, daha 1 il uzadılmaq imkanı ilə 1 il müddətinə qüvvədədir). Ermənistan futbol federasiyasının prezidenti Armen Melikbekyan bu gün yeni baş məşqçini İcraiyyə Komitəsinə təqdim edib.

Niderland millisinin sabiq futbolçusu Aron Vinter onun köməkçisi kimi çalışacaq.

61 yaşlı niderlandlı Con Van't Şip 30 dekabr 1963-cü ildə anadan olub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər