Modern.az

Milli Şura aksiya keçirə bilər - Qurumun sözçüsü

Milli Şura aksiya keçirə bilər - Qurumun sözçüsü

21 Yanvar 2014, 16:01
“Milli Şura vaxtaşırı müxtəlif mövzularla bağlı müzakirələr aparır. Qurum bir neçə dəfə aksiya keçirib. Qarşıdakı günlərdə də aksiya keçirilə bilər. Amma konkret qərar yoxdur”.
Bunu Modern.az-a açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib. O, qeyd edib ki, hazırda Milli Şura M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayır:
“İşlərimizi daha çox bu istiqamətdə görürük. Milli Şuranın fəaliyyət formalarından biri kimi kütləvi tədbirlərin keçirilməsi həmişə gündəmdə olub, bundan sonra da belə olacaq. Bunun üçün xüsusi müzakirə açmaq tələb olunmur”.
Qeyd edək ki, Milli Şura sonuncu dəfə ölkədə qiymət artımına etiraz olaraq, dekabrın 15-də mitinq keçirib.  

İlkin PİRƏLİ
 
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB