“Qarmonun ölkədən çıxarılması üçün sənəd təqdim edilməyib”. Hava Nəqliyyatında Baş Gömrük idarəsindən Modern.az-a bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində xüsusi komissiya var ki, onlar bu kimi əşyalara sertifikat verirlər.
“Bu kimi əşyaların tarixi əhəmiyyət kəsb edirsə, onun ölkədən çıxarılaması üçün xüsusi razılıq əldə olunamlıdır. Təbii ki, bu razılıq, sertifikat olmadığından belə əşyaların ölkədən çıxarılmasına icazə verilmir. Ümumiyyətlə, rəsm əsərləri, müəyyən mədəniyyət tarixinə aid olan musiqi alətləri, xalçalar, tarixi əhəmiyyət kəsb edən somavarların ölkədən çıxarılmasına icazə yoxdur. Həmin şəxs də heç bir sənəd təqdim etmədiyinə görə onun qarmonu ölkədən çıxarmasına imkan verilməyib”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa Facebook səhifəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarmonun ölkədən çıxarılmasına qadağa qoyulub:
“Son vaxtlar gündəmdə Milli Məclisdə internet azadlığı və smartfon telefonlarla bağlı problem müzakirə olunurdu. İndi isə daha vacib məsələ ortaya çıxıb. Mədəniyyət və Turizm Nazirliyi xaricə qarmon aparmağı yasaqlayıb. Almaniyadan dostlardan biri yazıb kı, hava limanında əllərindən tutub alıblar. Səbəbini öyrənməyi xahiş edir. Açığı Azərbaycanda baş verənlərin səbəbini soruşanların sadəlövhlüyünü qeyd edərək, özüm də maraqlı qaldım. Bu qarmonun hansı strateji alət olaraq əhəmiyyəti var ki, nazirlik qadağan edib? O boyda sənət əsərləri xaricə illərdir daşınıb, onlardan səs-qoraq yox, bu qarmonda nə isə bir hikmət var? Bir azdan İphone və İpad-a azadlıqla bərabər, deyəsən qarmona da xarici pasport verilməsini tələb edəcəyik”.
Gültəkin ƏLƏSGƏR