Modern.az

Naxçıvanın bu ərazilərində işıq OLMAYACAQ

Naxçıvanın bu ərazilərində işıq OLMAYACAQ

Aktual

17 Fevral 2025, 22:12

Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Modern.az xəbər verir ki, 110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədər sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.

 

Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal