Modern.az

Fırtına 11 nəfərin həyatına son qoydu

Fırtına 11 nəfərin həyatına son qoydu

Dünya

18 Fevral 2025, 00:37

ABŞ-nin Kentukki ştatında güclü fırtına nəticəsində ölənlərin sayı 11-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, qubernator Endi Beşir ştatda təbiət hadisəsindən zərər görmüş mindən çox insanın xilas edildiyini açıqlayıb. Fırtına nəticəsində Kentukki və Tennessi ştatlarında 20, Virciniyada isə 12 sm yağıntı düşüb.

 

Şimali Karolina, Qərbi Virciniya, Merilend və Nyu-Cersi ştatlarında küləyin sürəti saatda 112 kilometrdən çox olub. Şimal-şərqdə güclü küləklərin daha 2 gün davam edəcəyi proqnozlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi