Modern.az

"Qalatasaray"dan derbi qabağı çətin qələbə

"Qalatasaray"dan derbi qabağı çətin qələbə

18 Fevral 2025, 00:55

Türkiyə Superliqasında XXIV tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, bağlanış oyununda lider "Qalatasaray" səfərdə "Rizespor"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

İstanbul təmsilçisinin heyətində hər iki qolu Viktor Osimhen vurub. Meydan sahiblərinin yeganə qoluna isə Ali Sou imza atıb.

 

Bu qələbə ilə xallarını 63-ə çatdıran "Qalatasaray" ilk pillədə qərarlaşıb. "Rizəspor" isə 27 xalla 12-cidir.

 

Qeyd edək ki, "Qalatasaray" Superliqada növbəti oyununu fevralın 24-də doğma meydanda "Fənərbağça"ya qarşı keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər