“Ramada şəhəri blokadadan çıxarıldı, Fəllucənin təmizlənməsi uğrunda döyüşlər gedir”
“2013-cü ilin əvvəllərindən İraqın Anbar vilayətində siyasi vəziyyətdən sui-istifadə etməklə “Əl-Qaidə” və “İraqda və Şamda İslam Dövləti” (DAAŞ) terror təşkilatları ölkədə sabitliyin və təhlükəsizliyin pozulmasına yönəldilmiş silahlı təhriklərə əl ataraq, nümayişçilərin qanuni tələblərin öz dağıdıcı və qızışdırıcı tələbləri ilə əvəz etməyə çalışırlar”.Bütün bu vaxt ərzində İraq hökümətinin baş verən etirazlara loyal siyasət, soyuqqanlılıq və səbr nümayiş etdirdiyini vurğulayan səfir bildirib ki, ölkəsinin təhlükəsizlik və polis qüvvələri bu yaxınlarda yerli hökumət nümayəndələri, qəbilə başçıları arasında razılıq yoluyla qan tökülmədən Ramadi şəhərunin blokadadan çıxarıblar. O, əlavə edib ki, toqquşmalar heç də irqi, məzhəb və ya tayfa zəminində deyil, İraq ictimaiyyəti və dövlətinin terrorla mübarizəsi zəminində baş verib.
"Hökumət maddi və mənəvi dəstək verməklə Anbar vilayətində qəbilə başçıları və sakinlərlə terrorçuların şəhərdən qovulması məqsədilə əməkdaşlıq edir. Əyalətin əksər şəhərləri terrorçulardan təmizlənib, hazırda Fəllucə şəhərinin təmizlənməsi uğrunda döyüşlər gedir".