Modern.az

Bakıda avtoxuliqanlıq edən sürücülər saxlanıldı

Bakıda avtoxuliqanlıq edən sürücülər saxlanıldı

18 Fevral 2025, 13:58

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - N.Məmmədov və E.Ağakərimli saxlanılıblar.

Modern.az xəbər verir ki, həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Məmmədov və E.Ağakərimli cərimə edilməklə sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...