Modern.az

Tofiq Yaqublunun ailə üzvləri yol qəzasına düşdülər - HADİSƏ

Tofiq Yaqublunun ailə üzvləri yol qəzasına düşdülər - HADİSƏ

Təhsil

21 Yanvar 2014, 22:53

Modern.az xəbər verir ki, Müsavat başqanının müavini Tofiq Yaqublunun ailə üzvləri yol qəzasına düşüblər. Onlar İsmayıllı hadisələrinə görə mühakimə olunan Tofiq Yaqublunun Şəkidə keçirilmiş məhkəməsindən qayıdırmışlar.

İsmayıllı rayonunda baş verən avtoqəza nəticəsində T.Yaqublunun xanımı Maya Yaqublu  və sükan arxasında olan Müsavat fəalı Çingiz Əli yaralanıb. Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu musavat.com-a bildirib ki, özü və və atasının vəkili Xaliq Bağırov da yüngül xəsarət alıblar.

T. Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı, maşının sürücüsü Çingiz Əli yara aldıqları üçün xəstəxanaya aparılıb. 
Vəkil Xaliq Bağırov və Nərgiz Yaqublu ilə bağlı isə ciddi problem olmayıb.
Hadisə İsmayıllı rayonunun Xənəgə kəndinin ərazisində baş verib. Vəkil Xaliq Bağırov deyib ki, sıx duman olması səbəbindən maşın yoldan çıxıb və dərəyə yuvarlanıb. Olay yerinə polis və təcili yardım maşınları gəlib.

Nərgiz Yaqublunun musavat.com-a verdiyi son məlumata görə, hazırda Maya Yaqublunun vəziyyəti yaxşıdır. Maşının sürücüsü, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının üzvü Çingiz Əli isə rentgen müayinəsindən keçib.
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB