Modern.az

Bakıda ağır yol qəzasında ata ilə oğlu ölüb

Bakıda ağır yol qəzasında ata ilə oğlu ölüb

22 Yanvar 2014, 09:31

Bakı-Şamaxı yolunun 23 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Abşeron rayonunun Müşfiqabad qəsəbəsində "Ford" markalı yük avtomobili ilə VAZ-2107 markalı minik maşını toqquşub.

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 1968-ci il təvəllüdlü Mehralıyev Gəray Surxay oğlu və onun oğlu, 1993-cü il təvəllüdlü Vüsal dünyasını dəyişib, yük maşınında olan iki nəfər - 1981 təvəllüdlü Səlimov Azad Cəmaləddin oğlu və 1979 Musayev İlham Ağapənah oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB