Modern.az

Bakı qara hazırlaşır - Texnikalar hazır vəziyyətə gətirildi

Bakı qara hazırlaşır - Texnikalar hazır vəziyyətə gətirildi

Ölkə

19 Fevral 2025, 10:36

Gözlənilən qarlı havalarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

“Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.

Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcək."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI