Modern.az

Bakıda orta aylıq əməkhaqqı 7%-dən çox artıb

Bakıda orta aylıq əməkhaqqı 7%-dən çox artıb

Aktual

19 Fevral 2025, 11:17

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 1255,5 manat təşkil edib.

Modern.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 996,8 manat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir