Modern.az

Prezidentin sərəncamı “Kooperasiya haqında” qanunun qəbulunu sürətləndirəcək

Prezidentin sərəncamı “Kooperasiya haqında” qanunun qəbulunu sürətləndirəcək

Təhsil

22 Yanvar 2014, 09:53

Üç ildən artıqdır ki, üzərində iş gedən “Kooperasiya haqqında” Qanun nəhayət, bu il qəbul olunacaq.

Modern.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin yaz sessiyasında son müzakirədən keçməlidir. Sənəd ölkədə əhalinin ərzaq təminatı üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının fəaliyyətlərinin, kooperasiyaların inkişafının dövlət tənzimlənməsinin hüquqi təşkilatı, iqtisadi əsaslarını müəyyənləşdiricək.

Bir müddət öncə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini  Eldar Quliyev açıqlamasında sözügedən qanunun qəbul edilməsində müəyyən qüvvələrin mane olduğunu bildirmişdi. Bu səbəbdən də qanunun qəbulunun gecikdiyini söyləmişdi. Qanun qəbul olunduqdan sonra ölkənin ixrac potensialının inkişafına təkan verəcəyi, süni qiymət artımının qarşısının alınacağı gözlənilir.

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı xarici təcrübə öyrənilib, yerli şərait nəzərə alınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət öncə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi Kənd Təsərrüfatı Nazirliyi aşağıdakı işləri həyata keçirməlidir. Kənd təsərrüfatı sahəsində görüləcək işlər sırasında kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi də yer alıb. Belə ki, sərəncamda kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim edilməlidir. 

Gültəkin ƏLƏSGƏR    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB