“Xəzər” televiziyasının tanınmış teleaparıcısı Hacı Nuran Hüseynov müalicəsini Almaniyada davam etdirir. Modern.az-ın məlumatına görə, bu barədə jurnaist özü məlumat verib.
“Hal-hazırda Almaniyanin Düsseldorf şəhərində yerləşən UNIklinikanın onkologiya şöbəsində müalicəmi davam etdirirəm, hər gün çoxsaylı həmyerlilərimiz məni ziyarət edir, mənə mənəvi dəstək olurlar. Hamıya öz dərin təşəkkürümü bildirirəm. Xüsusən Almaniya Azərbaycanlı Gənclər Birliyinin rəhbəri, dostum-qardaşım Elnur Riçterə, müalicəyə başladığım ilk anlardan yanımda olduğu üşün ona cox minnətdaram. Allah razı olsun”.
Qeyd edək ki, Hacı Nuranın uzun müddətdir ki, səhhətində ciddi problemlər yaranıb. Almaniyadan əvvəl o, Filippində müalicə almışdı.
Hacı Nuran uzun müddətdir “Xəzər” telekanalında yayımlanan "Xeyir körpüsü” verilişinin aparıcısıdır. Bu veriliş vasitəsilə bir çox xəstə, köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən yardım göstərilib, müalicələri təşkil olunub.
Modern.az