Modern.az

Nazir penitensiar kompleksə rəis təyin etdi

Nazir penitensiar kompleksə rəis təyin etdi

Aktual

19 Fevral 2025, 13:20

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib. 

Modern.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub. 

Qeyd edək ki, Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda 12 saylı cəzaçəkmə müəssisəsinin rəis vəzifəsinin əvəzedicisi vəzifəsi rəis müavini Cavid Səfərova tapşırılıb. 

Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib. 

1417556

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir