Modern.az

Şəhid xanımı bələdiyyə sədri SEÇİLDİ

Şəhid xanımı bələdiyyə sədri SEÇİLDİ

Ölkə

19 Fevral 2025, 15:38

Yanvarın 27-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinin açıqlanmasından sonra seçilmiş bələdiyyə üzvləri iclas keçirir və sədr seçirlər.

Modern.az-ın məlumatına görə, Bakı şəhəri Sahil Qəsəbəsinin bələdiyyəsinə də sədr seçilib.

Belə ki, bələdiyyənin ilk iclasında Firuzə Musaoğlu səs çoxluğu sədr seçilib. 

Qeyd edək ki, Firuzə Musaoğlu İkinci Qarabağ müharibəsində şəhid olan Ataməli Musaoğlunun xanımıdır.

Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu “Vətən Uğrunda”, 29 dekabr 2020 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.

1417629

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi