Modern.az

Qızların göstəricisi oğlanlardan yüksək olub - Rektor AÇIQLADI

Qızların göstəricisi oğlanlardan yüksək olub - Rektor AÇIQLADI

20 Fevral 2025, 10:12

“Ölkənin ilk və ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində hazırda bakalvriat və magistratura təhsil səviyyələri üzrə  24739 nəfər tələbə təhsil alır. Onların 16641-i, başqa sözlə 67,2 %-i qızdır”. 

Modern.az xəbər verir ki, bunu bu gün Bakı Dövlət Universitetində “Konstitusiya və Suverenlik ili” çərçivəsində təşkil edilən “Qızların təhsil hüququ” mövzusunda konfransda rektor Elçin Babayev deyib.

Rektor bildirib ki, bu il BDU-ya 5414 tələbə qəbul olub, onların 3803 nəfəri və ya 70 faizi qızdır. Son imtahan sessiyasında qız tələbələrin müvəffəqiyyət göstəricisi oğlan tələbələrlə müqayisədə təxminən 20% yüksək olub:

“BDU-nun qız tələbələri təhsillərini uğurla davam etdiməklə yanaşı, universitetin ictimai həyatında da fəal iştirak edirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama