Modern.az

Boşanmaya müraciət edənlər arasında qadınlar daha ÇOXDUR

Boşanmaya müraciət edənlər arasında qadınlar daha ÇOXDUR

20 Fevral 2025, 14:59

Azərbaycanda son illərdə boşanmaların sayında artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il ərzində ölkədə 21 384 boşanma qeydə alınıb. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir.

Statistikaya nəzər salsaq, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Göründüyü kimi, 2022-ci ildən başlayaraq boşanma hallarında nəzərəçarpacaq artım müşahidə edilir.

Ekspertlər boşanmaların artmasını müxtəlif səbəblərlə izah edirlər.

Vəkil Tural Abdullazadə Modern.az-a bildirib ki, ölkədə boşanmaların obyektiv və subyektiv tərəfləri mövcuddur:

"Birinci səbəb, ailənin sosial-maddi rifahının yaxşı olmamasıdır. Daha sonra valideynlərin ailəyə müdaxiləsidir. Xəyanət faktoru da son dövr üçün aktual hesab olunur. Cütlüklərin bir-birini tanımadan evlənməsi mənfi nəticələrə səbəb olur".

Vəkil qeyd edib ki, bəzi gənclərdə qəribə psixologiya mövcuddur: "Sanki, toy şəklim olsun , vəssalam , gerisi maraqlı deyil. Müraciətlər arasında şiddət faktoru da mühüm rol oynayır. Boşanmaya müraciət edənlər arasında qadınlar daha çoxdur".

Zərif Sofiyeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama