Modern.az

4 cəsəd İsrail ordusuna təhvil verdi

4 cəsəd İsrail ordusuna təhvil verdi

Dünya

20 Fevral 2025, 15:50

Qəzza sektorunda dörd israilli girovun cəsədi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən İsrail ordusuna təhvil verilib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, İsrail girovların cəsədlərinin olduğu tabutları Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə qəbul edib. SAXAL nümayəndələrinə təhvil verilən tabutlar İsrailə aparılacaq”, - deyə məlumatda bildirilir.

Qurum, həmçinin qeyd edib ki, “Əbu Kəbir” Milli Məhkəmə Ekspertizası Mərkəzində cəsədlərin tanınması prosesi başa çatdıqdan sonra, ölən şəxslərin ailələrinə rəsmi bildiriş göndəriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi