Modern.az

BBC Azərbaycanca-nın Bakıdakı fəaliyyəti dayandırıldı

BBC Azərbaycanca-nın Bakıdakı fəaliyyəti dayandırıldı

20 Fevral 2025, 17:07

BBC bu gün yaydığı bəyanatında bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonran Bakıdakı ofisini bağlamaqla bağlı qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə BBC Azərbaycanca-nın onlayn platformasında bildirilib.

BBC-nin sözçüsü Azərbaycan hökumətinin bu qərarı ilə bağlı dərin təəssüf hissi keçirirdiklərini deyib.

BBC-dən bildirilib ki, Bakıdakı jurnalist komandası işini dayandırıb və şirkət bununla bağlı aydınlaşdırma aparmaqdadır. BBC həmçinin əlavə edib ki, Azərbaycan dilində xəbər verməyə davam edəcək.

BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.

Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən BBC Azərbaycanca radio yayımlarını dayandırıb.

Bundan sonra BBC Azərbaycanca onlayn fəaliyyətini genişləndirib və öz saytında, eləcə də, sosial media platformalarında işləyib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü