Modern.az

“Terror aksiyaları Azərbaycanı Soçi Olimpiadasından çəkindirməyəcək” - Milli Olimpiya Komitəsi

“Terror aksiyaları Azərbaycanı Soçi Olimpiadasından çəkindirməyəcək” - Milli Olimpiya Komitəsi

Təhsil

22 Yanvar 2014, 14:18

“Ümumi qaydada Qış Olimpiya Oyunlarında iştirak edəcək digər olimpiyadaçıların təhlükəsizliyi necə təmin olunacaqsa, Azərbaycan olimpiadaçılarının da təhlükəsizliyi həmin çərçivədə təmin olunacaq”.
Bunu Modern.az saytına açıqlamasında Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin və Soçi nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib. Onun sözlərinə görə, yarışlara məsuliyyəti Rusiya daşıyır.

 “Heç bir komanda öz idmançısını geri çağırmayıbsa və hazırda qlobal terror problemi yaşanmırsa, hər kəs üzünü Soçiyə tutub gedirsə, deməli, qorxulu bir şey yoxdu. Təbii ki, hər kəs ilk növbədə Rusiya hökumətinə etibar etməlidir və edir. Çünki bu cür situasiyada təşkilatçı Rusiya dövlətidir. Buna görə də ümid edirik ki, Rusiya dövləti idmançıların təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”.

K. Nurullayeva qeyd edib ki, Soçi olimpiadasında Azərbaycanı əcnəbi idmançılar təmsil edəcək:

“İdmançılarımız olimpiyadaya normal şəkildə hazırlaşır. Bu olimpiya oyunlarıdır. İdmanı siyasətlə qatmaq doğru deyil. Əgər bir hadisə baş verməyəcəksə, hər şey planlaşdırıldığından da yüksək səviyyədə olacaq. Hər halda, ehtimal həmişə olur. Təkcə, olimpiya oyunları zamanı deyil, irimiqyaslı tədbirlərin, yarışların keçirilməsi zamanı heç kim sığortalanmayıb. Ona görə də bunu nəzərə alıb bütün oyunlarda iştirak etməmək düzgün deyil. O zaman terrorun, psixoloji təzyiqin qurbanı olmuş oluruq. Buna belə yanaşmaq lazım deyil. Nümayəndə heyəti tam olaraq Soçi olimpiyadasına hazırlaşır”, – Könül Nurullayeva deyib.

Qeyd edək ki, olimpiada ərəfəsində Rusiyada bir neçə terror aksiyası törədilib. Yarışlar zamanı yeni terror aksiyalarının baş vermə ehtimalı da böyükdür. 

Azərbaycan Soçidə  keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti (Rusiya) və xizəkçilər Patrik Brahner (Avstriya), Sedrik Notz (İsveçrə) və Qaya Bassani Antivaridir (İtaliya).

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB