Modern.az

"Fənərbağça" onu ABŞ klubuna verdi

"Fənərbağça" onu ABŞ klubuna verdi

20 Fevral 2025, 18:40

Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-da davam etdirəcək.

 

Modern.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” klubu ilə anlaşıb.

 

Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. Futbolçu transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-a yollanıb.

 

Qeyd edək ki, Cengiz Ündər “Fənərbağça”ya 2023-cü ilin avqust ayında Fransanın “Marsel” klubundan keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər