Modern.az

Putin ona zəng edib təşəkkür etdi

Putin ona zəng edib təşəkkür etdi

Dünya

20 Fevral 2025, 22:51

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

 

Putin fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının aparılması üçün əlverişli şəraitin yaradılmasına və iki nümayəndə heyətinin konstruktiv və məhsuldar işinə töhfə verən göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

 

Rusiya-Səudiyyə əməkdaşlığının, o cümlədən ticarət, investisiya və enerji kimi sahələrdə daha da mütərəqqi inkişafına sadiqlik təsdiq edilib.

 

Tərəflər qlobal neft bazarında sabitliyi qorumaq üçün "OPEC Plus" çərçivəsində sıx əməkdaşlığı davam etdirməklə bağlı da razılığa gəliblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi