Modern.az

ABŞ Senatı FTB-nin yeni direktorunu təsdiqlədi

ABŞ Senatı FTB-nin yeni direktorunu təsdiqlədi

Dünya

21 Fevral 2025, 09:20

ABŞ Senatı Keş Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təsdiq edib. O, Trampa sadiqliyi və sui-qəsd nəzəriyyələrinə meyli ilə tanınır.

Modern.az xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.

Senatdakı 47 demokratın hamısı Patelin təyinatının əleyhinə səs verib və onlara iki respublikaçı Süzan Kollins və Liza Murkovski də qoşulub. Respublikaçılar Partiyasının 53 senatoru olduğundan Patelin təsdiqi üçün kifayət qədər səs verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi